• cümə, 19 Aprel, 17:04
  • Baku Bakı 25°C

Bosniya və Herseqovinada miqrant düşərgəsində insident yaşanıb

08.11.19 12:00 694
Bosniya və Herseqovinada miqrant düşərgəsində insident yaşanıb
Bosniya və Herseqovinanın şimal-qərbindəki miqrant düşərgəsində qalanlar arasında münaqişə yaranıb. Pakistan və Əfqanıstandan gələn miqrantlar arşındakı dava nəticəsində dörd nəfər yaralanıb.
AZƏRTACxəbər verir ki, münaqişəyə səbəb olanlar polis tərəfindən saxlanılıb. Düşərgədə yüzlərlə insan toplaşaraq Qərbi Avropaya keçmək üçün gözləyir. Gələnlər əsasən Suriya, İraq, Pakistan və Əfqanıstandandırlar. Beynəlxalq təşkilatlar hökuməti sözügedən düşərgəni ləğv etməyə çağırır, belə ki, bu yerdə tullantılar basdırılıb, 1992-1995-ci illərdə isə yaxınlıqda minalanmış ərazi olub.
banner

Oxşar Xəbərlər