• cümə axşamı, 18 aprel, 23:30
  • Baku Bakı 21°C

Boşanır - Uilyams bacılarının atası

16.06.17 16:30 1110
Boşanır - Uilyams bacılarının atası
ABŞ-ın məşhur tennisçiləri - Uilyams bacılarının ailəsində problem yaşanır.
Kaspi.az xəbər verir ki, Uilyams bacılarının 75 yaşlı atası Riçard Uilyams 38 yaşlı həyat yoldaşı Lakeyşeydən ayrılmaq istəyir. O, boşanmaq üçün məhkəməyə müraciət edib.
Riçard həyat yoldaşını alkoqollu içkilərə mey salmaqda və oğurluqda ittiham edir. Ata Uilyams iddia edir ki, həyat yoldaşı onun imzasını saxtalaşdıraraq, pul və bəzi əmlakları zəbt edib.
Onlar 2010-cu ildən bir yerdədirlər. Riçard bildirib ki, artıq 2016-cı ildən həyat yoldaşı ilə birgə yaşamır. Onların 5 yaşlı oğlan övladı da var. Uşaq Riçardla yaşayır.
Riçardın həyat yoldaşı ittihamlara cavab vermək istəməyib.
banner

Oxşar Xəbərlər