• cümə, 29 Mart, 11:42
  • Baku Bakı 5°C

Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

13.10.17 14:45 1989
Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
APA-nın məlumatına görə, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Prezident və xanımı akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Rumen Radev və xanımı Desislava Radeva daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Bolqarıstan prezidenti "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
banner

Oxşar Xəbərlər