• şənbə, 20 Aprel, 03:53
  • Baku Bakı 15°C

Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq

22.12.20 18:18 485
Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq

2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin iclası zamanı deyib.
O bildirib ki, "Bulgargaz" şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana 25 il müddətində illik 1 milyard kubmetr təbii qaz tədarük olunacaq.
Nazir əlavə edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.
Qeyd olunub ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrınadək Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi ilə bağlayan "Kulata" müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək.
banner

Oxşar Xəbərlər