• şənbə, 20 Aprel, 10:53
  • Baku Bakı 14°C

Bollivud ulduzu Azərbaycana gəlir

20.06.17 15:40 2022
Bollivud ulduzu Azərbaycana gəlir
Hindistanın məşhur film aktyoru, Bollywood ulduzu Avinash Sachdev 26-30 iyun tarixlərində Azərbaycana gəlir. Avinash Sachdev hazırda Türkiyənin "Kanal 7” televiziyasında yayımlanan "Tatlı bela” serialının əsas qəhrəmanıdır və Türkiyə ilə yanaşı İranda, Ərəb ölkələrində, Latın Amerikasında, Rusiyada, Azərbaycanda, Gürcüstanda da çox tanınır və sevilir. Bu ölkələrdən dəfələrlə dəvət olunsa da aktyor ilk olaraq Azərbaycana gəlməyi seçib.
Məşhur aktyor ölkəmizə Azərbaycan-Türkiyə Evi (ATEV) və Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə gəlir.ATEV başqanı Tənzilə Rüstəmxanlı sənətçini ölkəmizə dəvət etməsinin məqsədi belə izah edib:"Əvvəla onu deyim ki, Avinash-ın ölkəmizə gəlməsi bir mədəni hadisədir. Ölkəmiz bir sıra mədəni və idman layihələrinə ev sahibliyi edir. Azərbaycanı daha əvvəl tanımayan ölkələr, bu gün dövlətimizin həyata keçirdiyi layihələr sayəsində tanıyır. Bəzən siyasətçilərin edə bilmədiyini sənətçilər, idmançılar edir. Ona görə də heç bir maddi maraq güdmədən Azərbaycanın mədəni və tarixi irsini tanıtmaq və ölkəmizin Hindistanla mədəni əlaqələrini yaratmaq üçün Avinash Sachdev i dəvət etdik. Və yaxşı ki dəvətimizi qəbul etdi və gəlir”
Nə üçün məhz Avinash Sachdev-i seçdiniz sualına isə Tənzilə Rüstəmxanlı belə cavab verdi:"Çünki, bu aktyorun baş rolda çəkildiyi serial indiyə qədər bir çox ölkələrin dilinə tərcümə olunub və yayımlanıb. Hazırda bu serial "Tatlı bela” adı ilə Türkiyədə böyük maraqla izlənilir və sevilir. Bu serialda məhz patriarxal cəmiyyətin ağrı-acıları göstərilib. Qadına qarşı şiddət, qadın haqlarının pozulması bilirsiniz ki mənim hər zaman mübarizə apardığım sosial problemdir. Ona görə də bu aktyor diqqətimi çəkdi və onu dəvət etdim. Bundan əlavə, araşdırıb oxuduğum məlumatlardan deyə bilərəm ki, Avinash Sachdev-i bir çox ölkələr, dəvət edib, amma aktyor ilk olaraq bizim ölkəyə gəlməyi seçdi. Görünür dəvət məktubumuzun səmimiyyətini hiss edib və Azərbaycana dəvətimizi qəbul edib. İnanıram ki, onun ölkəmizə gəlişi Hindistan xalqının da marağını çəkəcək”
Tənzilə Rüstəmxanlı aktyorun səfər proqramına nələrin daxil edildiyindən də bəhs etdi:"Maraqlı və gözəl proqram tutmuşuq. Bakının mərkəzindən tutmuş ətraf rayonlarda yerləşən tarixi abidələri gəzdirəcəyik, mətbuat üçün konfrans təşkil edəcəyik, sevənləri üçün imza və görüş günü keçiriləcək, Azərbaycanın tanınmış aktyor, müğənni və ziyalıları ilə tanışlıq olacaq, televiziya proqramlarına çıxacaq, Azərbaycanın mətbəxi və sosial-mədəni həyatı ilə də tanış edəcəyik. Və Avinashın sevənlərinə demək istəyirəm ki,28 iyun saat 18:00-da Nizami Kino Mərkəzində sevənləri ilə görüşü və imza günü olacaq.Arzu edənlər bu görüşə gələ bilər. Giriş ödənişsizdir".
banner

Oxşar Xəbərlər