• cümə, 19 Aprel, 07:10
  • Baku Bakı 13°C

Boliviya prezidenti dövlət çevrilişinə cəhd olduğunu söyləyib

28.10.19 09:38 967
Boliviya prezidenti dövlət çevrilişinə cəhd olduğunu söyləyib
Boliviya Prezidenti Evo Morales, müxalif qüvvələrin gələn həftə ölkədə çevrilişə hazırlaşdıqlarını söyləyib.
Trend-in məlumatına görə, seçkilərdə ilk turda hazırkı prezident Evo Morales qalib gəlib. Onun əsas rəqibi Karlos Mesa hesablama nəticələrini tanımadığını söyləyib. Məhkəmə sədri Mariya Euxenia Çoke, Amerika dövlətləri təşkilatı və Avropa Birliyinin Boliviyadakı prezident seçkilərində səs sayma nəticələrini yoxlaya biləcəyini, səlahiyyətlilərin buna açıq olduğunu söyləyib.
Qeyd edək ki, Boliviyanın bir sıra şəhərlərində səslərin sayılması zamanı iğtişaşlara çevrilən nümayişlər başlayıb. Etirazçılar seçki məhkəməsinin regional şöbələrini atəşə tutublar. Az sayda insan yaralanıb. Morales ölkədəki kütləvi etiraz aksiyalarını onun yenidən seçilməsindən narazı olan sağçı qüvvələr tərəfindən həyata keçirilən dövlət çevrilişinə cəhd adlandırıb.
banner

Oxşar Xəbərlər