• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Boksçumuz erməni rəqibini döyüb finala çıxdı

15.11.13 14:20 1247
Boksçumuz erməni rəqibini döyüb finala çıxdı
Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində azərbaycanlı boksçu yarımfinal mərhələsində erməni rəqibini məğlub edərək finala yüksəlib.
Trend-in məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Hüseyn Tarverdili 1/2 finalda Vardan Kosyanla üz-üzə gəlib. Azərbaycan boksçusu erməni rəqibini 30:28 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bundan əvvəl 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanmışdı - 3:0.
Xatırladaq ki, digər 3 idmançımız da yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb.
banner

Oxşar Xəbərlər