• cümə, 29 Mart, 11:44
  • Baku Bakı 5°C

Boks yığmamızda itki

18.08.17 19:45 1612
Boks yığmamızda itki
Dünya çempionatında çıxış edəcək kişi boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Kaspia.az ABF-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz Almaniyanın Hamburq şəhərində keçiriləcək mundiala itki ilə yollanacaq.
Boksçularımız lisenziya xarakteri daşıyan Avropa çempionatında mundiala 5 vəsiqə qazansa da, Almaniyada rinqə 4 idmançımız çıxacaq. Buna səbəb Abdulqadir Abdullayevin (91 kq) heyətdən kənar qalmasıdır.
Həkimlər hazırlıq zamanı zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər. Bu üzdən də mundialda ölkəmizi Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.
banner

Oxşar Xəbərlər