• çərşənbə axşamı, 19 mart, 10:06
  • Baku Bakı 8°C

Boks üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər

22.07.17 13:21 1499
Boks üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər
Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər.
"Report” TASS-a istinadən xəbər verir ki, bunurusiyalı promouter Vladimir Xryunov bildirib.
Görüşün oktyabrın 2-də V.Xryunovun təmsil etdiyi rusiyalı Aleksandr Ustinovla puertorikalı Fres Okendo arasında təşkil olunması planlaşdırılır: "Biz Ustinovla Okendonun döyüşünün Bakıda keçirilməsini müzakirə edirik. Həmçinin Zab Cudanın da döyüşünü orada təşkil etmək istəyirik”.
Z.Cuda azərbaycanlı Ramal Amanovla qarşılaşacaq.
Qeyd edək ki, Aleksandr Ustinovun hesabında 34 (25 nokaut) qələbə və 1 məğlubiyyət var. Fres Okendo isə 37 (24 nokaut) görüşdə qalib gəldiyi halda, 8 dəfə uduzub.
banner

Oxşar Xəbərlər