• cümə, 29 Mart, 08:40
  • Baku Bakı 5°C

Boks üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

18.10.17 14:40 4797
Boks üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
Yığmamızın heyəti aşağıdakı kimidi:
49 kq.Həsən İbrahimov
52 kq.Amid Əlizadə
56 kq.Orxan Həsənov
60 kq.Sayad Lalayev
64 kq.Bəxtiyar Qazıbəyov
69 kq.Nicat Həsənov
75 kq.Amin Kuşkov
81 kq.Surət Qarayev
91 kq.İsmayıl Yaqubov
+91 kq.Məhəmməd Abdullayev
Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.
Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.
banner

Oxşar Xəbərlər