• çərşənbə axşamı, 23 aprel, 21:03
  • Baku Bakı 20°C

BOK pandemiyanın nəticələrinin aradan qaldırılması üçün 800 milyon dollar ayıracaq

15.05.20 09:21 753
BOK pandemiyanın nəticələrinin aradan qaldırılması üçün 800 milyon dollar ayıracaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması və Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi üçün 800 milyon dollar ayıracaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax icra komitəsinin iclasının yekunları üzrə bildirib.
T.Bax bildirib: "Biz bu gün pandemiyanın Olimpiya hərəkatının maddi vəziyyətinə təsirini müzakirə etdik. İndi bütün nəticələri hesablamaq asan deyil, hazırkı şəraitdə planlaşdırmaq da çətindir, çünki dünyanın sabah necə olacağını heç kim bilmir. Lakin BOK-un icra komitəsi bu gün 800 milyon dollarlıq dəstək paketini təsdiqlədi. Bu vəsait koronavirusun nəticələrinin aradan qaldırılmasına yönəldiləcək".
T.Bax qeyd edib ki, BOK tərəfindən yaradılan fondun 800 milyon dollarının 150 milyon dolları pandemiya dövründə dəstək üçün beynəlxalq federasiyalara və Milli Olimpiya Komitələrinə kredit kimi veriləcək.
banner

Oxşar Xəbərlər