• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

Bob Dilan fırtınası

24.10.16 11:22 1431
Bob Dilan fırtınası
Nobel Ədəbiyyat mükafatı bu il də dünyanı təəccübləndirmək vəzifəsini layiqincə yerinə yetirdi. Lakin builki vəzifə tamamlanması Svetlana Alekseyeviçin ətrafındakı söz-söhbətləri belə unutdurdu. Bütün beynəlxalq qərarlara işıq sürətilə reaksiya bildirən və beynəlxalq münasibəti uğurla əks etdirən nüfuzlu sosial media ekspertləri bu il də ədəbi tənqidçiləri qabaqladılar. Bob Dilana verilən ədəbiyyat mükafatına bloqqerlər və yazarlardan tarixi tivtlər gəldi. "HuffingtonPost”un sevilən redaktor-bloqqeri Kler Fallon oxucuları üçün Tvitter və Feysbukda builki Nobel Ədəbiyyat mükafatı ilə bağlı yazılan ən çox bəyənilən şərhləri toplayıb. Onlardan bəzilərini təqdim edirik.
Qari Şteynqart – "Nobel komitəsini hardasa başa düşürəm. Kitab oxuyub, seçim eləməyə heç həvəs yoxdur”.
Lin-Manuel Miranda – "Və bütün müğənnilərə uğurlar arzulayırıq”.
Terrifi Nq – "Artıq başa düşürəm, yazarlar niyə dəli olur”.
Meytal Radzinki – "Bob Dilanın Nobel alması məni o qədər də narahat etmir. Bu il bir qadın ədəbi mükafat almadı”
Saed Cons – "İsveçlilər dahi şeytanlardır. Tvitterdə məsləhətlər verib, kimin qalib olacağını bilib, oxumaqdansa, hamıya qiraət eynəklərini axtartdıracaq bir qərar verdilər. Öz Nobelçinizi özünüz seçin”.
Qabriella Pauella – "Mən də yaza bilmirəm də” bundan yaxşı zarafat ola bilməzdi”
Hari Kunzru – "2030-da bu mükafatı Kendrik almasa böyük skandal çıxaracam”
Rasti Foster – "Bunu et, onu eləmə. İşarələri oxuya bilmirsən?” – Bob Dilan. Artıq Nobel üçün işarə oxumaq lazımdır”.

banner

Oxşar Xəbərlər