• çərşənbə, 24 Aprel, 04:01
  • Baku Bakı 14°C

BMT: Ötən il Azərbaycanın turizm gəlirləri 89% artıb

12.07.13 16:01 1649
BMT: Ötən il Azərbaycanın turizm gəlirləri 89% artıb
BMT-nin Ümumdünya Turizm Təşkilatının bu ilin iyul ayında çap olunan "UNWTO Tourism Highlights, 2013 edition" nəşrində 2011-ci ilə nisbətdə 2012-ci ilin Avropa regionu üzrə beynəlxalq turist sayının artma faizi qeyd olunub.
APA-nın məlumatına görə, göstəricilərə əsasən, artım templərinə görə MDB ölkələri liderlik edir.
2012-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,986 mln. nəfər təşkil edərək, 2011-ci ildəki müvafiq göstəricidən 27% artıq olub. Avropa ölkələri üzrə sıralamanı nəzərə alaraq, turist sayının artma faizinə görə ilk beşlik aşağıdakı kimidir:
1. Gürcüstan - 36%
2. Azərbaycan - 27%
3. Moldova - 19%
4. Andorra - 15%
5. Rusiya - 13%
Turizm sahəsində əldə olunan ümumi gəlir göstəricilərini nəzərdən keçirəndə məlum olur ki, Azərbaycan 2011-ci ildə 1,287 mln. ABŞ dolları, 2012-ci ildə isə 2,433 mln. ABŞ dolları ümumi gəlir əldə edib ki, bu da 89% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə Gürcüstanın ümumi turizm gəlirləri 1,411 mln. ABŞ dolları, Moldovada 213 mln. ABŞ dolları, Rusiyada isə 11,187 mln. ABŞ dolları təşkil edib.
banner

Oxşar Xəbərlər