• cümə, 19 Aprel, 14:46
  • Baku Bakı 25°C

BMT qətnamələri icra edilməsə, sülh danışıqları faydasızdır

05.06.13 12:15 1498
BMT qətnamələri icra edilməsə, sülh danışıqları faydasızdır
“Almaniya BMT qətnamələrini dəstəkləyir. BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistana Dağlıq Qarabağdan çıxması üçün çağırışlar edib. Bu çağırışa Avropa İttifaqı və ATƏT də qoşulub”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya Bundestaqında Xristian-Demokrat İttifaqından olan millət vəkili, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber (Peter Tauber) Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq deyib.
Deputat bildirib ki, bir milyon qaçqın hələ də öz ev-eşiyinə qayıda bilmir: “Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. İşğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir. Öz ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycanın rolunu tanımaq və onun səylərinə qoşulmaq əlaqəli şəkildə həyata keçirilməlidir. Xocalı aeroportunun yenidən açılmasına dair debatların davam etdiyi bir zamanda işğal edilmiş ərazilərdəki münaqişə hər an alovlana bilər. Bu, Azərbaycana qarşı böyük təxribatdır.
Gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur”.
banner

Oxşar Xəbərlər