• cümə axşamı, 18 aprel, 05:33
  • Baku Bakı 15°C

BMT-nin baş katibi Liviyada tərəfləri siyasi dialoqa qayıtmağa çağırıb

21.05.17 11:43 737
BMT-nin baş katibi Liviyada tərəfləri siyasi dialoqa qayıtmağa çağırıb
BMT-nin baş katibi Antoniu Quttereş Tripolidəki qruplaşmaların Liviyanın cənubundakı aviabazaya hücumlarından sonra tərəfləri siyasi dialoqa qayıtmağa və asayişi bərpa etməyə çağırıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik hücum zamanı dinc sakinlərin ölümünün hərbi cinayət yaradabiləcəyini bildirib.
"Baş katib Liviyanın cənubunda Brak-əş-Şati bazasında hərbi əməliyyatların genişlənməsindənçox narahatdır və bütün tərəfləri təmkinlilik göstərməyə, qaydaları bərpa etməyə çağırır", - deyə yayılmış bəyanatda bildirilir.
BMT-də həmçinin bildirilib ki, dinc sakinlərin həlak olması barədə məlumatlardan narahatdırlar və bu, təsdiqlənərsə, hərbi cinayət ola bilər.
Quterreşin sözlərinə görə, təhlükəsizlik sahəsində vəziyyət xatırladır ki, Liviyada münaqişənin hərbi yolla həlli ola bilməz.
banner

Oxşar Xəbərlər