• şənbə, 20 Aprel, 10:27
  • Baku Bakı 14°C

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

25.02.21 12:15 346
BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək
BMT-ninBaşkatibi AntonioQuterreş2017-ci ildən bəri ilk dəfəolaraq bu il –27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1formatındatoplantı keçirməyi planlaşdırır.
APATASS-a istinadən xəbər verir ki, bu barədəBaş katibin rəsmi nümayəndəsiStefan Düjarriköz açıqlamasında bildirib.
Onun sözlərinə görə, son bir neçə ayda BMT Başkatibinin xüsusi elçisiCeynHoll Lyuttərəfindən aparılan məsləhətləşmələrdən sonra,təşkilatın inzibati rəhbərliyi"Kipr mövzusunda Cenevrədə 5+1 formatında qeyri-rəsmi toplantı keçirmək niyyətindədir”.
"Görüşün məqsədi yaxın gələcəkdə Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında təmas nöqtələrinin olub-olmadığını müəyyənləşdirməkdir”, - məlumatda belə deyilir.
Kipr məsələsinin tənzimlənməsinə dair ənənəvi görüşlər 5+1 formatında keçirilir. Bu format adanın türk və yunan icmalarının rəhbərlərinin, Kiprin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qarantı olan güclərin (Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirləri) və şəxsən BMT Baş katibinin bu cür görüşlərdə iştirakını təmin edir. Sonuncu dəfə Kipr məsələsinin həllinə dair konfrans beştərəfli formatda 2017-ci ildə İsveçrənin Kran-Montana kurort zonasında təşkil olunmuşdu. Ancaq həmin konfrans nəticəsiz qalmış və o vaxtdan bəri Kipr problemi ilə bağlı icmalararası danışıqlar davam etdirilməmişdi.

banner

Oxşar Xəbərlər