• cümə, 29 Mart, 18:28
  • Baku Bakı 14°C

BMT: Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər

25.04.17 12:05 575
BMT: Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər
Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər.
APA-nınBMT-nin internet saytına istinadən verdiyi məlumata görə, bu barədə qurumun Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qratsianu da SilvaFAOŞurasının 165-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, təcili tədbirlər görülməsə, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə yaşayan 20 milyon insan aclıqdan ölə bilər. Bunun əsas səbəbləri bölgədəki münaqişələr və quraqlıq hesab edilir.
Təşkilatın sessiyası çərçivəsində qeyd olunan ölkələrdə qida böhranın miqyası barədə məlumat veriləcək, fəlakətin qarşısının alınması üçün lazımı tədbirlər paketi təklif olunacaq. Sessiya çərçivəsindəFAO-ya üzv dövlətlərin məcburi ödənişlər şkalasına dair yeni təkliflər də müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər