AZE | RUS | ENG |

BMT: Dünyada 815 milyon insan aclıq çəkir

BMT: Dünyada 815 milyon insan aclıq çəkir
Dünyada aclıq çəkən insanların sayı 815 milyon nəfərə çatıb. Onların 60 faizi silahlı münaqişə zonalarında yaşayır.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı BMT-nin baş katibi Antoniu Quterriş qurumun Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı vəsaitlərinin təqribən 80 faizi hərbi əməliyyat zonalarında yaşayan insanlara yardımın göstərilməsinə sərf olunur.

"Aclıqdan əziyyət çəkən 815 milyon insandan təqribən 60 faizi münaqişə kölgəsində yaşayır. İnkişafdan geri qalan uşaqların dörddə üçü münaqişələrin toxunduğu ölkələrin payına düşür. Bu münaqişələr həll edilmədikcə və dövlətlərin inkişaf prosesi öz yoluna düşməyincə icmalar və bütöv regionlar aclıq və əziyyət çəkməkdə davam edəcək", - deyə BMT-nin inzibati rəhbəri bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6946
GBP 1 İngilis funt sterlinqi 2.2390
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6121
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9817
CHF 1 İsveçrə frankı 1.6960
USD 1 ABŞ dolları 1.7000