AZE | RUS | ENG |

BMT-də beynəlxalq vasitəçilər qrupu yaradılıb

BMT-də beynəlxalq vasitəçilər qrupu yaradılıb
BMT-nin baş katibi Antoniu Quterres qurum nəzdində yüksək səviyyəli beynəlxalq vasitəçilər qrupunun yaradıldığını bəyan edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, komissiya 18 üzvdən ibarətdir.
 
Onların arasında Çili prezidenti Mişel Baçelet, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Qırğızıstanın eks-prezidenti Roza Otunbayevanın adları var.
 
Məlumata əsasən, qrup dünyada diplomatiyanın yüksəlməsi, BMT-nin diplomatiya sahəsində imkanlarının artırılması məqsədilə təsis edilib.
 
"Mən qrup üzvlərindən məsləhətlər gözləyəcəyəm, onların bütün vasitəçilik səylərini dəstəkləyəcəyəm. Əminəm ki, qrup bizə regional təşkilatlar, dünya üzrə vasitəçilik fəaliyyəti ilə məşğul olanlarla daha səmərəli işləməyə kömək edəcək”, deyə A.Quterreş bildirib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000