• cümə axşamı, 25 aprel, 23:36
  • Baku Bakı 21°C

BMT baş katibi İsrail-Fələstin münaqişəsinin nizamlanmasının əsas həll yolunu açıqlayıb

29.08.17 23:00 1493
BMT baş katibi İsrail-Fələstin münaqişəsinin nizamlanmasının əsas həll yolunu açıqlayıb
BMTbaş katibi Antoniu Quterriş İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün əsas şərti açıqlayıb. Onun sözlərinə görə, "iki xalq üçün iki dövlət” şərti münaqişənin nizamlanması üçün alternativi olmayan əsas prinsipdir.

"Sülh və təhlükəsizlik şəraitdə yanaşı yaşayacaq iki dövlət prinsipinin reallaşdırılması sülh prosesində irəliləyişə nail olmaq üçün yeganə yoldur”, - deyə Antoniu Quterriş Rəmallah şəhərində Fələstinin baş naziri Pami Həmdulla ilə danışıqlardan sonra bildirib.

BMTbaş katibi ötən gün İsrailin prezidenti, baş naziri və müdafiə naziri ilə görüşüb.

Avqustun 30-da Antoniu Quterriş Qəzza zolağına səfər edəcək.
banner

Oxşar Xəbərlər