BMT Baş Assambleyasının Prezidenti Fəxri xiyabanı ziyarət edib
Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanını ziyarət edib.
APA-nın məlumatına görə, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.