• cümə, 19 Aprel, 13:12
  • Baku Bakı 25°C

BMqT-nın nümayəndəliyinin rəhbəri: “Azərbaycandakı məcburi köçkünlər də miqrant sayılırlar”

19.06.17 13:20 583
BMqT-nın nümayəndəliyinin rəhbəri: “Azərbaycandakı məcburi köçkünlər də miqrant sayılırlar”
"Azərbaycandakı məcburi köçkünlər yalnızBMT-nin Miqrasiya Təşkilatı deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar”.
APA-nın xəbərinə görə, bunuBMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakdeyib.
O qeyd edib ki, dünyada təqribən250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrant var: "Ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu dövlətlərin sayı artır. Azərbaycan da inkişaf etdikcə buraya çoxlu miqrant gələcək. Biz miqrantların gəlməsindən qorxmamalıyıq. Birincisi,Dövlət Miqrasiya Xidmətibunlara hazırdır. İkincisi, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır".
banner

Oxşar Xəbərlər