• cümə axşamı, 25 aprel, 20:27
  • Baku Bakı 21°C

Bölgədə "kim kimdir" davası gedir

12.01.20 17:41 518
Bölgədə "kim kimdir" davası gedir
"Amerika iranlı general Qasim Süleymanini öldürdükdən sonra İsraillə birgə əməliyyatın ikinci mərhələsinə başlayıb". BunuSİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, həm Amerika, həm də İsrailin məqsədi İranın bölgədəki təsir imkanlarını azaltmaqdır: "Elə Süleymanini də ona görə öldürdülər ki, İranla qonşu ölkələrdəki hərbiləşdirilmiş qruplar arasında zəncir qırılsın. Süleymani bu zəncirin ən önəmli halqası idi. Doğrudur, Süleymaninin yerinə başqası təyin olunub. Ancaq hələ yenisi işi düzüb qoşana qədər Amerika İsraillə birgə İranın bölgədəki təsir qruplarını zəiflətməyə çalışacaq. Təsadüfi deyil ki, Süleymaninin öldürülməsindən sonra "Hizbullah” təşkilatının Suriyadakı mövqeləri bombalanıb. Amerika və İsrail bu prosesə tədricən ərəb ölkələrini də qoşacaqlar. Ərəb ölkələrinin əksəriyyəti də Amerika və İsrail kimi İranın bölgədəki təsir qruplarının fəaliyətindən rahatsızdır. Başqa sözlə, Amerika ilə İran arasında assimetrik savaş var gücüylə davam edəcək".
banner

Oxşar Xəbərlər