• cümə, 19 Aprel, 17:32
  • Baku Bakı 25°C

“Biz tikinti şirkətlərinə göstəriş vermirik” Rəsmi

12.02.14 13:31 1502
“Biz tikinti şirkətlərinə göstəriş vermirik” Rəsmi
Mərkəzi Bank evlərin kreditlə satılmasına qadağa qoyulması ilə bağlı xəbərlərə münasibət bildirib. Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Lent.az-a bildirib ki, Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və tikinti şirkətlərinə bununla bağlı qadağa qoyulması xəbəri həqiqətə uyğun deyil: “Birincisi bizim tikinti şirkətlərinə hər hansı qadağa qoymaq səlahiyyətimiz yoxdur, ümumiyyətlə bu yanlış fikirdir. Həm də istər dövlət ipotekası, istərsə də daxili ipoteka vasitəsi ilə evlərin satılmasına qadağa qoyulmayıb”.
Qeyd edək ki, Azərbaycanda dövlət ipotekası, həm də bankların daxili hesabına evləri kreditlə almaq mümkündür.
banner

Oxşar Xəbərlər