“Biz fransız dilini sevirik” adlı tədbir keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrası və 304 nömrəli
məktəb-liseyin birgə təşkilatçılığı ilə "Biz fransız dilini sevirik” adlı tədbir
keçirilib. Tədbirdə 304 nömrəli məktəb-liseyin
şagirdləri fransız dilində mahnılar oxuyub və M.F.Axundovun "Hekayəti-Müsyö
Jordan və dərviş Məstəli şah” komediyasını fransız dilində səhnələşdiriblər. Adıçəkilən
məktəb-liseyin direktoru İradə Hüseynova tədbirin keçirilməsinə şərait
yaratdığına görə universitet rəhbərliyinə, o cümlədən Fransız dili kafedrasının
müəllimlərinə və həmin məktəbdə təcrübə keçən ADU tələbələrinə təşəkkür edib.