“Biz dəyişiklik tələb edirik. Bəsdir!”
Fransa
yığmasının sabiq futbolçusu Tyerri Anri Corc Floydun polis tərəfindən öldürülməsinə
münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Anri 2020-ci ildə irqçi ayrı-çekliyin olmasına təəssüfləndiyini
deyib. O, "instaqram”da paylaşım edərək belə davranışlara son qoymağa çağırıb:
"Bir neçə gündür
ki, Corc Floydun faciəli ölümü ilə bağlı hisslərimi dəqiq təsvir etmək üçün
fikirlərimi toplayıram. Faciədən dərhal sonra duyğular, nifrət və qəzəblə
yazmaq çox asan olardı. Bu hisslər hələ də mövcud olsa da, çalışacağam ki,
fikrimi çatdırım.
Niyə 2020-ci ildə
belə hallar baş verir? Niyə bu irqçilər onların komandalarında oynayan etnik
azlıqları stadionda alqışlayır, amma küçədə təhqir edirlər? Bütün bunları cəmiyyətimizdən
kənarlaşdırmaq üçün istifadə etdiyimiz bütün metodlar niyə işləmir? Belə durum
çox davam edir və müasir cəmiyyətdə buna dözmək mümkün deyil.
Bizə, təcili
olaraq dəyişiklik lazımdır. Biz dəyişiklik tələb edirik. Ən əsası, biz, dəyişikliyə
layiqik. Bunu indi edin. Bəsdir!”