• çərşənbə, 24 Aprel, 06:07
  • Baku Bakı 13°C

“Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir

03.12.19 12:00 545
“Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir
Avropa xalqları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdən birtərəfli xəbərdar olmamalıdır, onlar hər iki tərəfi dinləməlidirlər. Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir. Qadınlara, uşaqlara verilən bu işgəncələr dözülməz və qəbuledilməzdir.
Bu fikri Rotterdamda "Bitməyən əzab” sənədli filminin təqdimatından sonra Yakob MeriinAZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, filmdə mülki insanların ağla gəlməyəcək dəhşətlərlə üzləşdiyini görüb və çox mütəəssir olub.
"Soyqırımı və kütləvi qırğınlara son qoyulmalıdır. Qırğınlar, mülki şəxslərə qarşı işgəncələr təkcə II Dünya müharibəsində deyil, bu sənədli filmdə olduğu kimi XXI əsrin əvvəlində də olub. Bütün xalqlar diqqətli olmalı və belə dəhşətlərə bir daha yol verməməlidirlər”,-deyə Y.Meriin qeyd edib.
banner

Oxşar Xəbərlər