• cümə axşamı, 28 mart, 17:19
  • Baku Bakı 16°C

BİTKol tələbələri Bakı Dövlət Universitetində olublar - Fotolar

18.05.17 18:28 4095
BİTKol tələbələri Bakı Dövlət Universitetində olublar - Fotolar
Bir neçə gün bundan öncə Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) direktoru Varis Allahverdiyev tərəfindən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmova məktubla müraciət olunub, kollecin bir qrup tələbəsinin universitetin Kimya fakültəsi ilə tanışlığına şərait yaradılması istənilib. Həmin müraciət müsbət cavablandırılıb. Buna uyğun olaraq, BİTKolun kimya müəlliməsi Könül Məmmədovanın rəhbərliyi ilə kollecin 23 tələbəsi BDU-da olub.
Ali təhsil müəssisəsinin Kimya fakültəsinə ekskursiya edən kollec tələbələri burada yaradılan şəraitlə, o cümlədən laboratoriya ilə yaxından tanış olmaq imkanı qazanıblar. Kollec tələbələri həm müxtəlif təcrübələri izləyiblər, həm də təcrübə prosesinin iştirakçılarına çevriliblər.
BİTKol tələbələri BDU-nun müəllim heyəti, kimyaçı alimlərlə də həmsöhbət olublar. Tələbələrin sualları müəllimlər tərəfndən ətraflı cavablandırılıb.
Bir günlük ekskursiya kollec tələbələrində xoş təəssürat yaratmaqla yanaşı, onlarda gələcəkdə ali təhsil almaq üçün böyük həvəs oyadıb.
Ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib.



















banner

Oxşar Xəbərlər