• cümə axşamı, 25 aprel, 04:29
  • Baku Bakı 19°C

BİTKol-da Bilik Günü qeyd olunub - Fotolar

15.09.17 18:52 3732
BİTKol-da Bilik Günü qeyd olunub - Fotolar
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 15 sentyabr – Bilik Günü qeyd olunub. Bu münasibətlə təşkil edilmiş mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və kollecin himni səsləndirilib.

Kollecin direktoru Varis Allahverdiyev tələbə və müəllim kollektivini, həmçinin valideynləri bilik Günü münasibətilə təbrik edib. Bildirib ki, kollecin tələbəsi adını qazanan gənclər bu gündən etibarən çox uğurlu bir yola qədəm qoyurlar. O, bu yolda tələbələrə müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, kollecin müəllim kollektivi tələbələrin öz ixtisasını mənimsəməsi, peşəkar kadr kimi yetişməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər. Kollecin direktoru tələbələri öz dərslərinə ciddi hazırlaşmağı, davamiyyətə hər zaman fikir verməyi, qayda-qanunlara, nizam-intizama riayət etməyi tövsiyə edib.

Kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev də müəllim-tələbə kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, tələbə adını yeni qazanan, yüksək imtahan nəticəsi göstərən və orta ixtisas təhsili almaq üçün məhz BİTKol-u seçən gəncləri xüsusilə təbrik edib. Bildirib ki, BİTKol-da günün tələbləri səviyyəsində, şəffaf və demokratik abu-havada tədris, bilik yarışı tələbələri gözləyir. Direktor müavini hər kəsə bu bilik yarışmasında uğurlar arzulayıb.

Mərasimdə BİTKol-un müəllimələrindən Mina Zeynalova, Gülnar Məhərrəmova, valideynlərdən Tamilla Bağırova, Gülnar Cabbarova, BİTKol-un məzunu, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olan Lamiyə Hacıyeva çıxış edərək öz təbriklərini çatdırıblar.

Mərasimdən sonra direktor V.Allahverdiyev kollecin akt zalında tələbə adını qazanan gənclərin valideynləri ilə görüşüb, onların suallarını cavablandırıb.










banner

Oxşar Xəbərlər