• cümə, 19 Aprel, 13:14
  • Baku Bakı 25°C

Birləşmiş Ştatların gündəlik neft istehsalı artıb

28.12.19 18:18 713
Birləşmiş Ştatların gündəlik neft istehsalı artıb
ABŞ-ın sutkalıq xam neft hasilatı artıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 100 min barrel artaraq gündəlik orta hesabla 12,9 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Keçən həftə neft hasilatı Alyaska ştatında dəyişməyib, digər ştatlarda isə 100 min barrel çoxalıb.
ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda 12,6 milyon, noyabrda isə 12,8 milyon barrel olub.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 230 min barrel artaraq gündəlik 6,81 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 236 min barrel azalaraq sutkada 3,4 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,2 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacaq.
banner

Oxşar Xəbərlər