• cümə axşamı, 18 aprel, 11:42
  • Baku Bakı 12°C

Birləşmiş Krallıqlarda Səddam Hüseynin kitabı nəşr olunur

25.07.16 10:36 1529
Birləşmiş Krallıqlarda Səddam Hüseynin kitabı nəşr olunur

Bəli, bütün dünya onu diktator, zalım, ədalətsiz, mərhəmətsiz kimi tanıyırdı. Amma bu pis adamın heç yaxşı cəhəti yox idi? "Huffington Post”-un müəllifi Kler Fallon yazır ki, onun yaxşı cəhətləri çox imiş. Ən yaxşı keyfiyyəti isə peşəkar səviyyədə və qüsursuz alleqorik hekayələr yazması olub. Müəllifin hekayələrin Hindistanda yerləşən "Hesperus” nəşriyyatı ingilis dilinə tərcümə edib. Səddam Hüseynin edamının 10-cu ildönümündə onun kitabının nəşr olunacağı xəbəri cəmiyyətdə böyük maraqla qarşılanıb. "Şeytanın rəqsi” ("Devil’s dance”) başlığı altında toplanan hekayələr cari ilin dekabr ayında işıq üzü görəcək. Topluda "Təslim ol” ("Get out”), "Lənətlənmiş” ("You damned one”), "Şeytanlar” ("Devils”), "Zəbibə və Kral” ("Zabiba and the King”) kimi hekayələr yer alıb. Hüseynin ədəbi irsini dərindən araşdıran ədəbi agent Daniel Kalder bildirib ki, o eks prezidentin bunları kiməsə öz adından yazdırdığına inanmır. Səddam Hüseyn yaxın çevrəsində ədəbiyyata olan marağı və istedadı ilə tanınırmış. Kitabın göstərilən tarixdə paralel şəkildə ABŞ-da dərc olunması məsələsi ətrafında müzakirələr aparılır.

banner

Oxşar Xəbərlər