• şənbə, 20 Aprel, 11:31
  • Baku Bakı 14°C

Birinin qiyməti düşdü, o birindən heç danışmağa dəyməz

09.04.20 13:30 651
Birinin qiyməti düşdü, o birindən heç danışmağa dəyməz
Koronavirusa görə futbol çempionatlarının dayandığı bir vaxtda, "Transfermarkt” futbolçuların yeni qiymətlərini açıqlayıb.
Kaspi.az xəbər verir ki, saytın versiyasına görə, hazırda dünyanın ən bahalı futbolçusu Kilian Mbappedir. Onun dəyəri 180 milyon avrodur. İkinci yerdə 128 milyon avro qiymətlə "Mançester Siti”nin futbolçusu Rahim Sterlinqdir. PSJ-nin futbolçusu Neymar da onunla eyni dəyərə sahibdir.
Siyahıda 4-5-ci pillələrdə 120 milyon avo qiymətlə "Liverpul”un futbolçuları – Mane ilə Salah qərarlaşıb.
"Barselona”nın futbolçusu Lionel Merssi 28 milyon avro ucuzlaşaraq 112 milyon avro qiymətlə 9-cu yerdədir. "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun da qiyməti 15 milyon avro ucuzlaşıb. O, 60 milyon avro qiymətlə 46-cı yerə düşüb.
banner

Oxşar Xəbərlər