AZE | RUS | ENG |


Birinci vitse-prezident təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Birinci vitse-prezident təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri, Qazaxıstan Respublikasının dövlət katibi Gülşar Abdikalikova, Malayziyanın Baş nazirinin müavini Əhməd Zahid Həmidi, Fransa Respublikasının Kann şəhərinin meri David Lisnard, Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlax, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaizi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, FİDE-nin prezidenti Kirsan İlyumjinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, UNESCO-nun sabiq baş katibi Koişiro Matsuura, Azərbaycan Respublikasının İtaliyanın Kataniya şəhərindəki fəxri konsolu Domeniko Koko təbrik ediblər.

Xanım Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı təbrik ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7069
GBP 1 İngilis funt sterlinqi 2.1810
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6340
SEK 1 İsveç kronu 0.2099
EUR 1 Avro 2.0003
CHF 1 İsveçrə frankı 1.7563
USD 1 ABŞ dolları 1.7009