• cümə axşamı, 28 mart, 18:33
  • Baku Bakı 13°C

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

18.10.20 12:21 800
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında Müstəqillik Günü ilə bağlıpaylaşımedilib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"


banner

Oxşar Xəbərlər