AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Birinci vitse-prezident Mehriban Əliyeva: Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır!

Birinci vitse-prezident Mehriban Əliyeva: Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır!

Siyasət
13 İyul 2020, 17:21 371
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni təxribatı nəticəsində şəhid olanların xatirəsinə həsr olunmuş paylaşım edilib.
Paylaşımda deyilir:
"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"