• cümə axşamı, 28 mart, 22:18
  • Baku Bakı 13°C

Birinci vitse-prezident Mehriban Əliyeva 2 körpələr evindəki şəraitlə tanış olub

11.09.17 16:24 2621
Birinci vitse-prezident Mehriban Əliyeva 2 körpələr evindəki şəraitlə tanış olub
Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

AzərTAc-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycanın Birinci vitse-prezidentinə körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyi vaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsində məcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla 4 qrup fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmış yeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qrupla fəaliyyətə başlayıb. Bütün otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilə təchiz olunub.

Daha sonra Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirib ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb.

Bağça ilə tanış olan birinci vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər