• cümə, 19 Aprel, 04:37
  • Baku Bakı 18°C

Biri həddindən artıq təcrübəli idi - Jardim

10.05.17 11:30 920
Biri həddindən artıq təcrübəli idi - Jardim
"Monako”nun baş məşqçisi Leonardo Jardim Çempionlar Liqasının yarımfinalında "Yuventus”la keçirilən cavab qarşılaşmasından (1:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Jardim turniri başıuca tərk etdiklərini deyib. O, "Yuventus” təcrübəsi hesabına qalib gəldiyini vurğulayıb:
"Komandalardan biri həddindən artıq təcrübəli, digəri isə gənc idi. Futbolçularımla fəxr etdiyimi deməliyəm. Onlar bütün güclərini sərf etdilər.
Biz turniri başıuca tərk edirik. Bundan sonra Fransa çempionatının oyunlarına köklənəcəyik”.
banner

Oxşar Xəbərlər