• çərşənbə, 24 Aprel, 17:58
  • Baku Bakı 27°C

Bir ötürmə etdi, “Real” tarixinin ən yaxşısı oldu

10.02.20 13:48 1916
Bir ötürmə etdi, “Real” tarixinin ən yaxşısı oldu
"Real” İspaniya çempionatının 23-cü turunda "Osasuna” ilə qarşılaşıb.
Kaspi.az xəbər verir ki, "Real”ın 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Kərim Benzema 84-cü dəqiqədə qol ötürməsi edib. Bu, Kərimin "Real”ın formasında etdiyi 132-ci qol ötürməsidir.
Bu, "kral klubu”nun tarixində ən yaxşı göstəricidir. Benzema bu göstəricidə Kriştiano Ronaldonu geridə qoyub.
Berzema "Real”da 2009-cu ildən çıxış edir. O, "kral klubu”nda 240 qol vuraraq, ən yaxşı bombardirlər siyahısında 6-cı yerdə qərarlaşıb.
banner

Oxşar Xəbərlər