AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir sıra turizm müəssisələrinə girişə məhdudiyyət qoyulub

Bir sıra turizm müəssisələrinə girişə məhdudiyyət qoyulub

Mədəniyyət
14 Mart 2020, 13:00 1491
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının martın 14-də saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, aşağıda adları qeyd olunan mədəni turizm müəssisələri ölkə ərazisində tətbiq olunan profilaktik sosial izolyasiya tədbirləri müddətində və Operativ Qərargahın xüsusi qaydalarla əlaqədar qəbul edəcəyi növbəti qəraradak ziyarətçilər üçün qapalı olacaq.
"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
"Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
"Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;
"Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.