AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı

Cəmiyyət
30 Mart 2020, 13:07 203
Azərbaycanda qeyri-neft sektorunda çalışan şəxslərə icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti 2022-ci il yanvarın 1-dək uzadılır.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
İndiyə qədər bu müddət 2021-ci il yanvarın 1-dək nəzərdə tutulurdu. Güzəştlər muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üçün nəzərdə tutulurdu.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.