“Bir ovuç yem” - Fotolar
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və 2 saylı
"ASAN xidmət” mərkəzinin ASAN könüllülərinin "Ekologiya” adlı K-55 qrupunun təşkilatçılığı
ilə "Bir ovuç yem” adlı təqdimat keçirilib. Binəqədi rayonunun Azadlıq
prospektində həyata keçirilən təqdimatda ASAN könüllüləri tərəfindən quş
yuvaları ilə birgə yem qabları da hazırlanıb, prospekt boyunca ağaclara yerləşdirilib.