Bir milyard qazanan ilk futbolçu olacaq
"Yuventus”un
futbolçusu Kriştiano Ronaldo daha bir göstəriciyə görə tarixə düşəcək.
Kaspi.az
xəbər verir ki, Ronaldo bu dəfə maliyyə göstəricisinə görə tarixdə qala bilər.
O, bir milyard qazanacaq ilk futbolçu olacaq.
35 yaşlı
futbolçu 2019/2020 mövsümü başa çatdıqdan sonra bu göstəriciyə nail olacaq.
Onun futboldan qazandığı sərvət 1 milyard dollara çatacaq. Hətta məvaciblərin
azaldılması da buna mane olmayacaq.
İndiyə qədər
bir milyard göstəricisinə yalnız 3 idmançı – qolfçu Tayqer Vuds, boksçu Floyd
Meyuezer və basketbolçu Maykl Cordan çata bilib.