• cümə, 19 Aprel, 21:39
  • Baku Bakı 24°C

Bir evdən müxtəlif vaxtlarda üç dəfə oğurluq edən dəstə üzvləri saxlanılıblar

19.11.19 13:30 891
Bir evdən müxtəlif vaxtlarda üç dəfə oğurluq edən dəstə üzvləri saxlanılıblar
Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədilə 3 dəfə daxil olublar. Həmin mənzildən 3-cü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.
Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyalarının bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin Abşeron rayonu və digər ərazilərdə oğurluqlarda iştirak edib-etmədikləri istintaq araşdırmalarından sonra məlum olacaq.
banner

Oxşar Xəbərlər