• cümə, 29 Mart, 03:38
  • Baku Bakı 7°C

Bir ayda 22 bazar ləğv olunub

02.09.13 08:58 1297
Bir ayda 22 bazar ləğv olunub
Avqust ayı ərzində Moskva vilayətində 22 bazarın fəaliyyəti dayandırılıb. APA-nın verdiyi məlumata görə, Rusiya polisi tərəfindən avqustun 12-dən 28-dək keçirilən “təmizləmə” əməliyyatları nəticəsində Moskva vilayətinin Balaşixa, Solneçnoqorski, Odinçovski, Puşkinski, Serpuxovskiy, Mıtişinski və Şyolkovski rayonlarında, Koroleve və Elektrostali şəhərlərində yerləşən bazarlarının fəaliyyəti dayandırılıb və bazarlar ləğv ediliblər. Bazarlarda çalışan 1000 nəfərdən çox əmək mühaciri saxlanılaraq barələrində inzibati qaydada cərimə və ya ölkədən çıxarılma qərarı çıxarılıb.
Bundan başqa Rusiya polisi Moskva vilayətinin şimal-şərqində Müdafiə Nazirliyinə məxsus hərbi şəhərcikdə pərakəndə və topdansatış bazarı aşkarlayıb. Polisin keçirdiyi əməliyyat nəticəsində Şyolkovski rayonu, Noqinsk-9 hərbi şəhərciyinin ərazisində yerləşən bazar hüquq-mühafizə orqanları tərəfindən bağlanıb.
Məlum olub ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 45-ci kosmik qoşunlarına məxsus hərbi şəhərciyin ərazisi özbaşına zəbt olunub. Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyində cinayət işi açılıb, araşdırma aparılır.
Moskva vilayətində ləğv olunan bazarlarda xeyli sayda azərbaycanlılar fəaliyyət göstərib.
Qeyd edək ki, Rusiya polisi “təmizləmə” əməliyyatlarına iyulun 27-də Moskvanın “Matveevski” bazarında Dağıstan vətəndaşlarının polis nəfərinə hücum edərək ona ağır xəsarət yetirməsindən sonra başlayıb.
banner

Oxşar Xəbərlər