• çərşənbə axşamı, 16 aprel, 17:48
  • Baku Bakı 19°C

Bir ailənin beş üzvü zəhərləndi

27.05.16 14:04 1075
Bir ailənin beş üzvü zəhərləndi
Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri - 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin yaxınları APA-ya ailə üzvlərinin hamısının bu gün həyətdə yetişən gilas yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər.
Məlumata görə, aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən dördü Bayramovlar ailəsinin yaşadığı evin həyətinə düşüb.
banner

Oxşar Xəbərlər