• çərşənbə axşamı, 23 aprel, 16:38
  • Baku Bakı 24°C

Binəqədi rayonu ərazisində qalaqlanmış tullantılar təmizlənib

19.08.17 14:30 1834
Binəqədi rayonu ərazisində qalaqlanmış tullantılar təmizlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi, 13 saylı evin yaxınlığında qarışıq istehsalat tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum olub.
Ərazinin tullantılardan təmizlənməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədova müddətli "məcburi göstəriş” verilib. Ərazinin əvvəlki vəziyyətə gətirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə, qeyri-qanuni tullantı atan şəxsləri müəyyən etmək üçün isə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.
Verilmiş "məcburi göstəriş”in icrası olaraq ərazi tullantılardan təmizlənib.
banner

Oxşar Xəbərlər