• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

Binəqədi İcra Hakimiyyəti yeni binaya köçdü

03.07.13 11:28 1487
Binəqədi İcra Hakimiyyəti yeni binaya köçdü
Azərbaycan prezidenti İlham Əliyev iyulun 3-də Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, əvvəlki bina 1970-ci illərin əvvəllərində inşa edilib. Ötən ilin mayından başlayaraq bina və buraya bitişik akt zalı müasir memarlıq üslubunda yenidən qurulub. Bir mərtəbə artırılmış binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb.
Buradakı şərait rayon icra hakimiyyətində “elektron hökumət”in bir çox elementlərinin reallaşdırılmasına imkan verib.
Dövlət başçısına rayonda həyata keçirilməsi nəzərdə tutulan işlər barədə elektron xəritə əsasında məlumat verilib.
Prezident daha sonra Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub.
Parkda Heydər Əliyevin abidəsi qoyulub, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası və s. inşa edilib.
banner

Oxşar Xəbərlər