• cümə, 29 Mart, 17:04
  • Baku Bakı 14°C

Binəli Yıldırım: "Türkiyədə son 9 ay ərzində 360 terror aktının qarşısı alınıb"

17.06.17 19:00 728
Binəli Yıldırım: "Türkiyədə son 9 ay ərzində 360 terror aktının qarşısı alınıb"
Son doqquz ay ərzində Türkiyə ordusu və təhlükəsizlik qüvvələri 1068 terrorçunu zərərsizləşdirib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Onun sözlərinə görə, terror fəaliyyəti ilə əlaqəsi olan 368 şəxs saxlanılıb, 289 nəfər isə könüllü təslim olub.
Baş nazir göstərilən müddətdə ölkədə 360 terror aktının qarşısının alındığını qeyd edib.
B.Yıldırım uğurlu antiterror əməliyyatları sayəsində PKK terrorçularının fəallığının kəskin aşağı düşdüyünü bildirib. "Terroriçuların tərəfdarlarının sayı azalır. Artıq heç kim onların tərəfinə keçməyə can atmır. Bunu ələ keçirilənradioməlumatlara əsasəndeyirəm", - baş nazir vurğulayıb.
banner

Oxşar Xəbərlər