• cümə, 29 Mart, 10:45
  • Baku Bakı 5°C

Binəli Yıldırım: "Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”

17.01.17 13:20 790
Binəli Yıldırım: "Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”
”İstanbulda yanvarın 1-nə keçən gecə "Reina” gecə klubunda terror aktı törədən şəxs dindirilir”.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
B. Yıldırım deyib ki, bununla bağlı bir çox detallar var, amma istintaq mərhələsindədir: "Zamanla bu barədə ictimaiyyətə məlumat veriləcək. Önəmli olan alçaq cinayəti törədən şübhəlinin saxlanılması və onun arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”.
Qeyd edək ki, "Əbu Məhəmməd Xorasani” kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində İstanbulun Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.
Xatırladaq ki, Yeni il gecəsi İstanbulun Ortaköy məhəlləsindəyerləşən "Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
banner

Oxşar Xəbərlər