• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars dəmiryol layihəsi tarixi layihədir"

31.10.17 16:00 1023
Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars dəmiryol layihəsi tarixi layihədir"
"Bakı-Tbilisi-Qarsdəmiryol layihəsinin əvvəlindən bu işin içərisində olan bir şəxs kimi deyə bilərəm ki, bu, tarixi layihədir”.
APA-nın məlumatına görə, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında deyib.
O bildirib ki, bu hadisə ilə bağlı yaşadığı qüruru sözlə ifadə etmək mümkün deyil: "2004-cü ildə azərbaycanlı və gürcüstanlı həmkarlarımızla bu layihəni müzakirə etmişik. Layihənin icrası Çinin Qafqaz və Anadolu vasitəsi ilə Avropaya birləşməsi deməkdir. Bu orta yol dəhlizi dediyimiz tarixi ipək yolunu canlandıran önəmli dəhlizdir. Onun önəmli bir həlqəsi də Marmaray idi. Biz ötən il onun açılışını etdik. İndi dəBakı-Tbilisi-Qarsdəmir yol xəttinin açılışını gerçəkləşdirdik”.
banner

Oxşar Xəbərlər